EN

FIFA “Sabah”ın sabiq futbolçusunun cəzasını qüvvədə saxlayıb

FIFA-nın Apellyasiya Komitəsi Malayziya millisinin 7 futbolçusuna qarşı sanksiyaları qüvvədə saxlayıb.

Apasport.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.

FIFA daha əvvəl yığmanın 7 futbolçusunu 12 aylıq diskvalifikasiya etmişdi. Buna səbəb onların sənədləri saxtalaşdırması idi. Futbolçular arasında vaxtilə “Sabah”da oynamış Con İrasabal da var.

Oyunçular diskvalifikasiya ilə yanaşı, 2100 avro məbləğində cərimələnib.

İrasabal 2022-2025-ci illərdə “Sabah”da çıxış edib. O, bu yay Malayziyanın “Johor” klubuna keçib.

"Sabah" turu qələbə ilə başa vurdu - YENİLƏNİB

“Sumqayıt” “Turan Tovuz”a qalib gəlib

“Neftçi”nin rəhbərliyində dəyişiklik olub

Gəncədə UEFA C kursu keçirilib

“Şamaxı”nın qapıçısı: "Bundan bəhanə kimi istifadə edə bilmərik"

Chosen
50
1
apasport.az

2Sources