EN

Oyun var, nəticə yox

futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Qəbələ” Premyer Liqada qələbəsizlik seriyasını davam etdirir. Komanda son turda səfərdə “Sabah”a minimal hesabla uduzub – 0:1.

Premyer Liqada 10 turda dinamik, açıq futbol sərgiləyən “qırmızı-qaralar” çempionatda iki oyundur, qol vura bilmir. Həm “Neftçi”, həm də “Sabah”la matçda qol epizodları yaradan “qırmızı-qaralar”da sonluq problemi var. Komandanın gənc hücumçuları bəzi epizodlarda tələskənlik, bəzilərində təcrübəsizlikdə şansları qaçırır.

“Qəbələ”yə bitirici hücumçu lazımdır. Gənclərin dinamikliyi müsbət məqamdır, lakin xal qazanmaq üçün qol və ya qollara ehtiyac var. Komandada bu ana qədər əsas çatışmazlıq da məhz bununla bağlıdır. Hücumda təcrübəli adlardan İbrahim Sanqare də gözləntiləri qarşılaya bilmir. Klub indidən hücumçu axtarışında olmalıdır. Qarşıda uzun period var və bu hücum xətti ilə “Qəbələ” hədəflərinə çatmaqda çətinlik çəkəcək. Autsayder “Karvan-Yevlax”a nisbətdə daha yaxşı oynayan “Qəbələ” çempionatda bəlkə də, ən çox qol epizoduna girən 3 komandadan biridir, lakin statistika isə belədir: ən az qol vuran 3-cü komanda.

Gedişat yaxşı deyil. Haqlı narazılıqlar var və nəticə tələb olunur. Növbəti turda “Sumqayıt”ı qəbul edəcək “Qəbələ” azarkeşləri önündə uğursuz seriyanı sonlandırmağa çalışacaq.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
futbolpress.az

1Sources