Ermənilərin Qarabağa qayıtması riskdir - Paşinyan
Erməni qaçqınların Qarabağa qayıtması sülh üçün risk yaradır.BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Qarabağdan didərgin düşmüş soydaşlarımızın geri qayıtması gündəliyi təhlükəlidir, çünki bu, münaqişənin ilkin parametrlərinə qayıtmaq deməkdir”, - Paşinyan bildirib.