EN

Gələn il tikinti, bərpa, yenidənqurma işlərinə 2,1 milyard manatdan çox vəsait xərclənəcək

BAKI,TurkicWorld

2026-cı ilin dövlət büdcəsinin əsaslı xərclərinin 2 126 800 000 manatı büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar tərəfindən tikinti, bərpa, yenidənqurma, əsaslı təmir işlərinə, həmçinin müxtəlif növ əsaslı alışların həyata keçirilməsinə sərf ediləcək.

TurkicWorld-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurulması layihəsinin maliyyələşdirilməsi üçün 450 000 000 manat məbləğində vəsait nəzərdə tutulur.

Chosen
6
3
turkic.world

4Sources