EN

4 min kilometr məsafədən göz əməliyyatı aparıldı

ain.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çinin Quançjou şəhərindən olan oftalmoloqlar xəstədən 4200 km-dən çox məsafədə dünyada ilk göz əməliyyatını həyata keçiriblər.

AzPost bildirir ki, bu barədə Sun Yat-sen Universiteti məlumat yayıb. Həkimlər bu qədər uzaq məsafədən xəstənin gözünə dərman töküblər.

Prosedura 5G vasitəsilə uzaqdan idarə olunan robot qol vasitəsilə həyata keçirilib. Xəstə Urumçi (Sincan Uyğur Muxtar Vilayəti) sakini olub.

Robot xəstənin gözünə mikroiynə yerləşdirib. Həkimlər aləti istənilən dərinliyə yerləşdiriblər və bundan sonra dərman yeridilib. Əməliyyat yeddi dəqiqədən az davam edib.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
1
azpost.info

2Sources