EN

Belçika ordusu naməlum dronları vuracaq

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

Belçika Silahlı Qüvvələrinə hərbi hava bazaları üzərində görünən bütün naməlum dronları vurmaq əmri verilib.Reyting.az-ın xəbərinə görə, bu barədə Belçika Xəbər Agentliyi ölkənin Baş Qərargah rəisi Frederik Vansina istinadla məlumat paylaşıb.Vansina bildirib ki, Belçikanın dron əleyhinə müdafiə proqramı sürətləndirilir və müvafiq plan tezliklə hökumətə təqdim olunacaq.Hazırda Belçikanın naməlum dronlarla mübarizə üçün resursları, o cümlədən aşkarlama avadanlığı və dron əleyhinə silahları məhduddur.Baş Qərargah rəisi deyib ki, əgər hərbi bazalar üzərində daha çox dron peyda olarsa, ordu onları vuracaq.O, əlavə edib ki, dronlar yalnız təhlükəsiz şəkildə, "əlavə zərər vermədən" vurula bilər.Qeyd edək ki, bir neçə gün əvvəl Belçika ölkənin cənubundakı hərbi bazanın üzərində bir neçə dron peyda olması ilə bağlı araşdırmaya başlayıb.V. QULİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
1
reyting.az

2Sources