EN

Minik avtomobillərinin şinləri pulsuz yoxlanılıb “Tegeta Motors Baku”dan aksiya

ain.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.

(®) “Bridgestone” şinlərinin Azərbaycandakı rəsmi distribütoru olan “Tegeta Motors Baku” tərəfindən Bakı və Gəncə şəhərlərində sosial aksiya təşkil olunub.

Aksiya çərçivəsində “SOCAR PETROLEUM” QSC-yə məxsus yanacaqdoldurma stansiyalarında minik avtomobillərinin şinləri yerindəcə və pulsuz yoxlanılıb.

Aksiya zamanı avtomobil təkərlərinin təzyiqi, protektor dərinliyi və aşınma dərəcəsi barədə sürücülərə məlumatlar verilib, aşkar olunan risklər izah edilib və düzgün qulluq üzrə tövsiyələr paylaşılıb.

Qeyd edilib ki, burada məqsəd yalnız texniki yardım göstərmək deyil, həm də məsuliyyətli sürücülük mədəniyyətini təşviq etməkdir.

Bildirilib ki, protektorun sağlam vəziyyətdə olması isə yolda idarəetmə və əyləcmə təhlükəsizliyini yaxşılaşdırır. Bu yanaşma həm sürücünün rahatlığına, həm də avtomobilin ümumi texniki vəziyyətinə müsbət təsir edir.

Qeyd edək ki, “Tegeta Motors Baku” sürücülər arasında təhlükəsiz və savadlı istifadə vərdişlərini formalaşdırmaq istiqamətində bu kimi layihələr həyata keçirir. Layihə eyni zamanda “Bridgestone” brendinin keyfiyyətə, etibarlılığa və real şəraitdə təhlükəsiz hərəkətə verdiyi dəyəri nümayiş etdirir. Sürücülərə yaxın olmaq və onlara praktiki şəkildə fayda vermək şirkətin əsas prioritetlərindəndir.

Telefon: *1881

Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi 14-cü km

https://www.instagram.com/p/DQbpHXyj5gu/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
41
1
marja.az

2Sources