EN

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Sosial müdafiə və sosial təminat xərclərimiz növbəti il üçün 4.9 mlrd manat və ya 11.7 % kimi proqnozlaşdırılır”.

“Qafqazinfo” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. 

“Bu, cari illə müqayisədə 121.2 mln. manat artıqdır. İcmal büdcəyə nəzər saldıqda, sosial müdafiə və sosial təminat xərclərimiz ÜDM-in təqribən 9%-nə bərabərdir. Bu, 2025-ci illə müqayisədə 7.5% artım, yəni 834 mln. manatlıq artımdır. Sosial müavinətlərə 3.2 mlrd. manat, DSMF-yə 1,7 mlrd. manat, ictimai işlər üçün isə 141.2 mln. manat resurs sərfi nəzərdə tutulub”, - nazir qeyd edib.

“Biz Qarabağ və Şərqi Zəngəzuru yenidən qururuq. Bu xərclərin maliyyə təminatı davamlı olaraq büdcədə nəzərdə tutulacaq. Ölkə başçısının müvafiq tapşırıqları ilə növbəti dövr üçün sosial-iqtisadi inkişaf strategiyasını və Böyük Qayıdış proqramının növbəti mərhələsini hazırlayırıq. Orta müddətli büdcə çərçivəmizdə bu istiqamətlər tam şəkildə nəzərə alınıb”, - S.Babayev əlavə edib.

Nuranə Daxilqızı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
31
qafqazinfo.az

1Sources