EN

Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətinə üzrə yaxşı mövqedə olan ölkələrdəndir - Maliyyə naziri

Azərbaycan dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbətinə görə dünyada ən yaxşı mövqedə olan 20 ölkədən biridir.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Hazırda dövlət borcumuz 25,4 milyard manat və yaxud ÜDM-nin 19,5 %-i qədərdir. Bu, ilin əvvəli ilə müqayisədə 2,2 faiz bəndi azdır. Nöbəti ilin sonuna proqnozumuz 21,8 %-dir. Orta müddətli dövrdə, yəni 2029-cu ilin sonuna olan proqnozumuz isə 21,2 % müəyyən edilib", - deyə o qeyd edib.

Nazir vurğulayıb ki, ortamüddətli dövrdə dövlət borcunun kəskin artımı gözlənilmir: "ÜDM-in artmasına paralel olaraq bu rəqəmin irəliləməsini proqnozlaşdırmırıq. Borc portfelimizdə 17,1 milyard manat və yaxud 67,2 % daxili dövlət borcu, 8,3 milyard manat və yaxud 4,9 milyard ABŞ dolları xarici dövlət borcu var. Dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı kifayət qədər aşağıdır".

"Bu il aparılmış islahatlar nəticəsində dövlət istiqrazlarımızın orta ödəmə müddəti 2,4 dəfə artaraq təqribən 3,5 ilə çatıb. Yəni, bu da borcumuzun restrukturizasiyası baxımından önəmli bir göstəricidir. Portfelimizdə 7 və 10 illik istiqrazların payı isə 0,6 %-dən 30 %-ə çatıb. Bu da Azərbaycanda dövlət borcuna xidmətin dayanıqlılığının digər bir göstəricisidir", - deyə S.Babayev əlavə edib.

Chosen
34
missiya.az

1Sources