EN

Paşinyan revanşistlər savaşı SON MƏRHƏLƏDƏ II Qareginin devrilməsinə sayılı günlər QALDI...

ain.az bildirir, Bizim media portalına istinadən.

Ermənistanda cərəyan edən son proseslər onu deməyə əsas verir ki, Paşinyan revanşistlərə qarşı son addımlara hazırlaşır. Bu fonda erməni Apostol kilsəsinin rəhbəri II Qareginin istefası da yaxınlaşır.Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib ki, 2026-cı il parlament seçkilərindən əvvəl Erməni Apostol Kilsəsinin rəhbərliyində dəyişiklik baş verməlidir.Simonyan bütün ermənilərin katolikosu II Qaregini "vaxtında" istefa verməyə çağırıb."O, başa düşməlidir ki, işlərin alternativi olmayan bir nöqtəyə çatmasına imkan verməməlidir. Alternativi olduğu müddətcə bu qərarı özü verə bilər", - spiker deyib.II Qareginin qohumlar hədəfdəArtıq II Qareginin qardaşı Gevorq Nersisyan və qardaşı oğlu Ambarstum Nersisyan xuliqanlıqda və seçki təbliğat kampaniyasının keçirilməsinə mane olmaqda ittiham olunaraq saxlanılıblar.

 

Məlumata görə, Armavir vilayətinin Vaqarşapat icmasına keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkilər ərəfəsində “Respublika” partiyasının namizədi Arutyun Mkrtçyan “Facebook”da etdiyi paylaşımda katolikosun qardaşı Gevorq Nersisyan oğulları ilə birlikdə seçki təbliğatının aparılmasına mane olduqlarını bəyan edib. Bütün bunlar onu göstərir ki, II Qaregin üçün istefa zamanı yetişib. 

Seçkiqabağı son şansMövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirir ki, gələn ilin yayında Ermənistanda keçiriləcək parlament seçkiləri həm Nikol Paşinyan, həm də ona qarşı olan qüvvələr üçün ölüm-dirim savaşıdır:“Paşinyan yaxşı anlayır ki, seçkiləri udmasa, rusiyapərəst qüvvələr hakimiyyətə gəlsə, ona qarşı ən kəskin addımlar atılacaq. Hər cür cinayətlərdə təqsirləndiriləcək və son nəticədə proses Paşiyanın həbsilə yekunlaşacaq.Gələn ilki seçkilər müxalifət üçün də son şansdır. Çünki növbəti dəfə onların imkanları xeyli azalacaq. Bu səbəbdən bütün qüvvələr, bəzi siyasi partiyalar, kilsə, sahibkarlar Paşinyana qarşı birləşməyə cəhd edirlər. Rəy sorğularına görə, kilsə ordudan sonra Ermənistanda ən nüfuzlu qurum sayılır”.Səmədov qeyd edir ki, Paşinyanın ifşaları kilsəni nüfuzdan salmayıb: “Son rəy sorğusunda hətta bir qədər də nüfuzu artıb. Paşinyanın kilsə ilə bağlı ortaya qoyduğu faktlar erməni cəmiyyətinə o qədər də ciddi təsir göstərməyib. Müxalifət Samvel Karapetyanın timsalında yeni lider ortaya çıxarmağa cəhd edir.

 

Həm kilsəni, həm hərbçilərin bir hissəsi, həm də Robert Koçaryanı onun ətrafında birləşdirməyə çalışırlar. Ola bilsin, bloka gələcəkdə Serj Sarkisyan da qoşulsun. Paşinyan da nəyin bahasına olursa-olsun bunun qarşısını almalıdır. O, bütün vasitələrdən istifadə etməklə, nəyin bahasına olursa-olsun revanşist qüvvələri sıradan çıxarmalıdır”. 

“II Qaregin məsələsi ancaq seçkidən sonra öz həllini tapacaq”. Səmədov seçkilərə qədər II Qareginin istefası istiqamətində addım atılacağını düşünmür:“Kilsə sıradan çıxarılmalıdır. Seçkilərə doğru getdikcə, bu qarşıdurma hər gün daha da şiddətlənəcək. Amma seçkilərə qədər II Qareginlə bağlı nəyinsə baş verəcəyini güman etmirəm. Qərbdə buna dəstək verməlidir. Əks halda rusiyameylli qüvvələr seçkidə qalib gəlib hökumət təşkil etsə, bu həm bölgə, həm Ermənistanın özü, həm də dünya üçün ciddi problemlər yaradacaq. Belədə Rusiyanı da Cənubi Qafqazdan tamamilə çıxarmaq mümkün olmayacaq”.Rüfət Sultan, Bizim.Media  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
1
bizim.media

2Sources