EN

Xabi Alonso Federiko Valverde haqda qənaətini açıqladı

Madrid “Real”ının baş məşqçisi Xabi Alonso “qaymaqlılar”ın uruqvaylı yarımmüdafiəçisi Federiko Valverde haqda qənaətini açıqlayıb.

Arena.az ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Onun nə qədər çoxyönlü olduğunu və hansı səviyyədə çıxış etdiyini hamımız görürük. Topla oyunda o, yarımmüdafiəçi ruhuna malikdir. Valverde həmçinin hücumda da güclüdür”, deyə Xabi Alonso vurğulayıb.

Federiko Valverde 2017-ci ildən “Real”ın əsas komandasında çıxış edir. Valverde karyerasına “Penyarol”da başlayıb, 2015/2016-cı illər mövsümündə Uruqvay çempionluğunu qazanmış “Penyarol”da “Real”ın diqqətini çəkib və transfer edilərək, 2016/2017-ci illər mövsümünü “Real”ın “B” komandasında keçirib. 2017-ci ildə madridlilərin əsas komandasında debüt etmiş Valverde 2017/2018-ci illər mövsümünü “Deportivo La Korunya”da icarədə keçirib və növbəti mövsümdə “Real”a qayıdıb. Valverdenin “Kral klubu” ilə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Valverde “qaymaqlılar”ın heyətində 13 oyuna çıxıb, 4 məhsuldar ötürmə verib.

Valverdenin “Real”da ümumi göstəricisi isə belədir: 336 oyun, 32 qol, 35 məhsuldar ötürmə.

Valverde “kral klubu” ilə bütün mümkün klub turnirlərini qazanıb: İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2023/2024), FIFA Klub Dünya Kubokunun (2018, 2023), FIFA Qitələrarası Kubokun (2023/2024) qalibi olub.

Valverde 2017-ci ilin sentyabrında debüt etdiyi Uruqvay yığmasının heyətində 71 oyun keçirib, 8 qol vurub, 2 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı uruqvaylı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Chosen
73
arena.az

1Sources