Ermənistan bu gün Türkiyə ilə Azərbaycan arasında yüklərin tranzitini təmin etməyə hazırdır.
Milli.Az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
"Biz artıq bu gün Türkiyədən Marqara və Xndzoresk vasitəsilə Azərbaycana və əks istiqamətdə yük maşınlarının tranzitini təmin etməyə hazırıq", - o qeyd edib.
Paşinyan deyib ki, Ermənistan dəmir yolunun tikintisi ilə bağlı ABŞ-la danışıqlar aparır.
Milli.Az