EN

"Çelsi” bu məlumatı “Qarabağ”dan ötrü yaydı, nə mesaj verdi? - FOTOLAR

Noyabrın 3-də “Çelsi” Çempionlar Liqasında “Qarabağ” oyunun hazırlıqları başlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə London klubunun yaydığı məlumatda bildirilib.

Kobhemdə (“Çelsi”nin bazası) növbəti gərgin həftə başlayır - komanda diqqətini çərşənbə günü keçiriləcək Çempionlar Liqası oyununa yönəldib.

Məlumatda bildirilir: “Sürrey bölgəsindəki məşq bazamızda iş heç vaxt dayanmaz. Baş məşqçi Enso Mareska “Qarabağ”la qarşılaşma yaxınlaşarkən “zadəganlar”ı ciddi şəkildə məşqə cəlb edib.

Şənbə axşamı “Tottenhem” üzərində 1:0 hesablı qələbədən sonra komanda ruh yüksəkliyi ilə Azərbaycana yollanacaq. Qələbə qolunu Moises Kaysedonun ötürməsini dəqiq tamamlayan Joao Pedro vurmuşdu.

Hər iki futbolçu bu məşqdə də iştirak edib. Onlarla yanaşı Andrey Santos, Fakundo Buenanotte, Ceymi Gittens və Tayrik Corc da məşqdə görüntülənib. Müdafiəçilər Jorrel Hato və Tosin Adarabioyo da hazırlıqda olub”.

“Çelsi” bu gününün ikinci yarısında Bakıya yollanacaq. Onlar Azərbaycan paytaxtına gecə saatlarında çatacaqlar.

ÇL-in 4-cü turunun “Qarabağ” - “Çelsi” oyunu isə noyabrın 5-i yerli vaxtla saat 21:45-də başlanacaq.

















Chosen
13
sportinfo.az

1Sources