EN

Bir dəfəyə nə qədər günəbaxan tumu çırtlamaq lazımdır?

ain.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dietoloq bədənə zərər vermədən bir dəfəyə neçə günəbaxan dənəsi çırtlamağın lazım olduğunu izah edib.

AzPost bildirir ki, bu barədə endokrinoloq və dietoloq Anton Polyakov aif.ru saytına deyib.

“İstehlak normalarına gəldikdə, hər porsiyada 20-25 qram (təxminən bir ovuc) həm qoz-fındıq, həm də günəbaxan toxumu təhlükəsiz və rasional miqdardır. Təbii ki, söhbət artıq soyulmuş və yeməli məhsullardan gedir”, – deyə Polyakov bildirib.

O, həmçinin bəzi hallarda dozanın artırılmasının nəzərdən keçirilə biləcəyini də aydınlaşdırıb.

“Məsələn, balqabaq toxumlarından danışırıqsa, bir dəfəyə 50 qrama qədər yeyə bilərsiniz. Amma standart günəbaxan toxumlarından danışırıqsa, 25 qram tamamilə kifayət qədər miqdardır”, – deyə Polyakov yekunlaşdırıb.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
1
azpost.info

2Sources