EN

Monqolustan ətinə tələbat artır - Mütəxəssislər nə deyir?

Azərbaycana son aylarda Monqolustandan idxal olunan ətin həcmi artıb və bazarda qiymətlər 12–14 manat arasında dəyişir. Tələbatın artması ilə birlikdə bu ət çeşidinə maraq da yüksəlir. Alıcılar bazarda bu ətin keyfiyyəti və dadı barədə müxtəlif fikirlər səsləndirirlər. Bəs bu ətlərin sağlamlığa təhlükəsi varmı?

Mövzu ilə bağlı Missiya.Az- a danışan qida mütəxəssisi Ağa Salamov bildirib ki, ətlər baytar nəzarətindən keçmiş, Qida Təhlükəsizliyi Agentliyinin gömrükdə analiz götürdüyü və uyğunluq sertifikatı ilə təmin olunmuşdursa, problem yoxdur:

"Ət nə zaman xarab olur, keyfiyyətsiz və zərərli olur? Mikrobioloji çirklənməyə məruz qalanda və tərkibi dəyişdikdə.

Bundan əlavə, Monqolustandan, Gürcüstandan, Ukraynadan və s. gələn ətlər düzgün şərtlər altında daşınmasa problem yarana bilər. Bildiyimiz kimi, bu ətlər donmuş vəziyyətdə gəlir. Əgər onları daşıyan maşının soyuducusu yolda xarab olarsa, buz əriyib yenidən donma ehtimalı yaranarsa, bu zaman təhlükə yarana bilər. Bu ətlər gələndə hansı şəraitdə saxlanılıb, buzu açılıb açılmadığını dəqiq deyə bilmərik. Soyuq zəncir pozulubsa, risk artır.

Amma Qida Təhlükəsizliyi Agentliyinin gömrük nəzarəti var və əgər agentlik bildirirsə ki, ət çirklənməyə məruz qalmayıb, onu istifadə etmək olar. Belə halda ət təhlükəsizdir. Amma keyfiyyət baxımından, təbii ki, Azərbaycan ətinə çata bilməz.

Ağa Salamov qeyd edib ki, keyfiyyət və dad baxımından istər kabab, istər dönər ətlərində idxal olunan ət ilə Azərbaycanda istehsal olunan ət arasında fərq var:

"Azərbaycanın əti bütün dünyaya məlumdur – dadı ilə seçilir. Məsələn, Qarabağ, Bərdə, Laçın və digər bölgələrdə yetişən quzular dad və keyfiyyət baxımından idxal olunan merinos və ya digər xarici qoyun ətlərindən üstündür."

Seyranə QuliyevaMissiya.Az

Chosen
14
1
missiya.az

2Sources