EN

Serbiyalı mütəxəssis oyun zamanı dünyasını dəyişdi - Video

Serbiya çempionatının 14-cü turunda keçirilən "Mladost Luçani" - "Radniçki" matçı faciə səbəbindən yarımçıq qalıb.

Hakimiyyet.az "Offsideplus"a istinadən xəbər verir ki, "Radniçki"nin baş məşqçisi Mladen Jijoviç görüş zamanı özünü pis hiss etməyə başlayıb.

O, bir müddət sonra huşunu itirib. Bu vəziyyətdən oyunçular da narahat olub.

Təxminən 20 dəqiqə sonra isə 44 yaşlı mütəxəssis dünyasını dəyişib.

Qarşılaşma 41-ci dəqiqədə dayandırılıb.

Jijoviç gün ərzində ürək bulanmasından şikayətlənib və matç zamanı qışqıraraq yerə yıxılıb. Onun ürəyi dayanıb və xəstəxanada aparılan reanimasiya tədbirləri nəticəsiz qalıb. Ölümün rəsmi səbəbi hələ açıqlanmayıb.

Chosen
29
2
hakimiyyet.az

4Sources