EN

Mikayıl Cabbarov: "Vergi güzəşti davam etməyəcək"

İqtisadiyyat naziri Mikayıl Cabbarov 7 illik vergi güzəştinin davam etməyəcəyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə o, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Bildiyiniz kimi, 1 yanvar 2026-cı ildən etibarən verilən güzəştin vaxtı bitir. Güzəştin sosial-iqtisadi məqsədlərinə əsasən nail olunduğunu, habelə əmək bazarının rəsmiləşdirilməsi sahəsində əldə edilmiş nailiyyətləri qorumaq və daha da artırmaq üçün vergi inzibatçılığının kifayət qədər gücləndirilməsini nəzərə alaraq, eyni zamanda leqallaşma prosesinin davam etməsinə münbit şərait yaradıb qorunması üçün, o cümlədən daha aşağı gəlirlilərə aşağı vergi yükünü müəyyən etməklə qeyri-neft qaz və özəl sektorda da əməkhaqlarının tədricən mərhələli şəkildə vergiyə cəlb edilməsi barədə təkliflər təqdim edilib. Bu, asan müzakirələr olmayıb, burada müxtəlif baxışlar olub.

Təqdim olunan sənəd vahid mövqeyi əks etdirir”, - deyə nazir söyləyib.

"Cebheinfo.az" 

Chosen
34
7
cebheinfo.az

10Sources