EN

Yük maşınıyla toqquşan Niva bordürə dəyib aşdı, qadın sərnişin... VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Şəki rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 3-də səhər saatlarında Salman Mümtaz küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Ford Transit” markalı yük maşını, “VAZ-2121” (“Niva”) markalı avtomobilə çırpılıb. Qəzaya səbəb “Ford” sürücüsünün düzgün ara məsafəsi seçməməsi olub. Zərbənin təsirindən “Niva” bordürün üstünə aşıb. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə və yol infrastrukturuna maddi ziyan dəyib, avtomobildə olan orta yaşlı qadın sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, əraziyə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
35
avtosfer.az

1Sources