EN

Media savadlılığı orta məktəblərdə tədris edilməlidir - Vüqar Zifəroğlu

Bakı.Trend:

Media savadlılığı orta məktəblərdə tədris edilməlidir.

Trend xəbərverir ki, bu fikirləri “Ailə, qadın və uşaq məsələləri mediada”mövzusunda keçirilən konfransda Bakı Dövlət UniversitetininJurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu səsləndirib.

O bildirib ki, XXI əsr dəyərlər savaşının getdiyi birəsrdir:

“Biz hamımız dəyərlər uğrunda mübarizənin aparıldığı bir dövrdəyaşayırıq. Yalnız o xalq bu savaşı uğurla keçə bilər ki, özdəyərlərinə sahib çıxa bilsin. Hər birimiz, statusumuzdan,vəzifəmizdən, yaşımızdan asılı olmayaraq, bu dəyərlər uğrundamübarizə aparmalı və gələcək nəsillərə onları tanıtmaqməsuliyyətini daşımalıyıq”.
Vüqar Zifəroğlu vurğulayıb ki, bu bir prosesdə medianın üzərinəböyük məsuliyyət düşür:

“Gender bərabərliyi və medianın rolu məsələsində alimlərimiz,xüsusən də Sevinç xanım və digər müəlliflər mühüm işlər görüblər.2021-ci ildə Avropa Şurasının Bakı ofisinin dəstəyi ilə genderbərabərliyi və jurnalistika mövzusunda çox faydalı bir metodikvəsait hazırlanmışdı. Həmin vəsaitdə uşaq jurnalistikası, qadınmövzularının işıqlandırılması, kriminal xəbərlərdə etik meyarlarkimi mühüm məsələlər öz əksini tapmışdı”.

V.Zifəroğlu əlavə edib ki, XXI əsrin insanı media savadlıolmalıdır.

“Sosial media, informasiya müharibəsi, dezinformasiya artıqgündəlik həyatımızın bir hissəsidir. Azərbaycana qarşı aparılaninformasiya müharibəsində çox vaxt qadınlarımız və uşaqlarımızhədəf seçilir. Buna görə bu məsələyə son dərəcə həssas yanaşmaqlazımdır”.

Məqalədə:
Chosen
90
1
az.trend.az

3Sources