EN

ABŞ İsrailə təzyiq edir: 200 yaraqlıya imkan ver...

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Tramp administrasiyası İsrailə təzyiq edir ki, 200 HƏMAS yaraqlısı Rəfah bölgəsini tərk etsin.

Axar.az xəbər verir ki, bu barədə “12-ci kanal” məlumat yayıb.

Məlumata görə, HƏMAS yaraqlıları Rəfah bökgəsində tunellərdə gizləniblər:

“ABŞ İsraildən yaraqlıların Qəzzada, “sarı xəttdən” kənarda HƏMAS-ın nəzarət etdiyi ərazilərə daxil olmasına icazə verməsini istəyir. Amerikalıların əsas arqumenti belədir: yaraqlılar İsrailin nəzarətində olan ərazilərdə qaldıqca, onlar ÇAXAL-a hücum edirlər. Bu isə İsraildən cavab tələb edir və belə hadisələr son nəticədə Qəzzada atəşkəsin pozulmasına səbəb olur. HƏMAS iddia edir ki, “sarı xətt”dən kənarda tunellərdə gizlənən ayrı-ayrı silahlı qruplarla əlaqə çoxdan kəsilib. Eyni zamanda, HƏMAS İsrailə ultimatum göndərir: İsrail yaraqlılara Rəfahı tərk etməyə icazə verməsə, onlar 8 girovun cəsədini qaytarmayacaq. ABŞ İsrail və HƏMAS arasında razılaşmanın birinci mərhələsindən ikinci mərhələsinə keçmək istəyir. Bunun üçün İsrailin siyasi rəhbərliyi tunellərdə gizlənən yaraqlılardan alver vasitəsi kimi istifadə edib-etməmək barədə qərar verməlidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
36
1
axar.az

2Sources