EN

Nazir 2026-cı ilin dövlət büdcəsindən danışıb

Yazını böyüt
Yazını kiçilt

"2026-cı ildə dövlət büdcəsi kəsirinin 3.1 milyard manat olacağı proqnozlaşdırılır. Bu göstərici 2025-ci illə müqayisədə 43 milyon manat və ya 1.4% çoxdur".

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, büdcə kəsirinin maliyyələşdirmə mənbələri üzrə proqnozlara əsasən, özəlləşdirmədən daxilolmalar 125 milyon manat təşkil edəcək ki, bu da 2025-ci illə müqayisədə 15 milyon manat və ya 13.6% çoxdur:

"Daxili və xarici borclanma hesabına maliyyələşmə 2.6 milyard manat həcmində nəzərdə tutulur. Bu göstərici 2025-ci illə müqayisədə 102.7 milyon manat və ya 3.8% azdır. Büdcə kəsirinin xəzinə hesabı vəsaitləri hesabına maliyyələşdiriləcək hissəsi isə 400 milyon manat olacaq. Bu da 2025-ci illə müqayisədə 150 milyon manat və ya 60% çoxdur".

Chosen
45
hafta.az

1Sources