EN

Paşinyan Göyçə gölü ilə bağlı Əliyevə haqq qazandırdı

Ermənistanın baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin “Sevan gölü”nün Göyçə gölü olduğu haqda fikirlərinə münasibət bildirib.

Publika.az xəbər verir ki, Paşinyan Prezident İlham Əliyevin xəritələrə əsasən belə dediyini vurğulayıb.

“Azərbaycan Prezidenti bəyan edib ki, Çar Rusiyasının xəritələrinə baxsaq, orada “Sevan” adı yoxdur. Əvvəlcə Əliyevin nə dediyinə baxmaq lazımdır. O, Sevanı Göyçə adlandırmır, deyir ki, Çar Rusiyasının xəritələrində Sevan adı yoxdur”.

Paşinyan Prezident İlham Əliyevin fikirlərinə dolayısı ilə haqq qazandırıb və günahın Ermənistanda olduğuna işarə vurub.

“Azərbaycan tərəfi Ermənistan parlamentində niyə “Dağlıq Qarabağın bayraqlarının” asıldığını soruşur və bildirirlər ki, əgər belədirsə, biz də Sevana Göyçə deyəcəyik”, - Nikol vurğulayıb.

Chosen
26
publika.az

1Sources