EN

Qərbin maliyyə dəstəyi ilə Avropa Rusiya arasında bufer zona ya çevrilən Ukrayna ciddi müqavimət göstərir

ain.az, Bizimyol saytına istinadən bildirir.

Dörd ilə yaxındır ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Məqsəd Rusiyanı gücdən salmaq olsa da, prosesdə Ukrayna daha çox itirdi. Əhalisi qaçqın durumuna düşdü, şəhərləri işğal edildi, dağıdıldı. Bu gün Ukraynaya Qərb ölkələri dəstək göstərsə də, bu dəstək döyüş meydanında heç nəyi dəyişmir.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbəər pprtalına açıqlamasında bildirib ki, Ukrayanaya bu savaşı davam etdirə bilməsi üçün həır il 100 milyarda yaxın vəsait lazımdır. Politoloqun fikrincə, bu vəsaitlərin təxminən 40 milyardı savaşa sərf olunur, qalanı Ukraynanın daxili vəziyyətinin və dövlət quruluşunun saxlanmasına, infrastrukturun bərpasına xərclənir. Politoloq hesab edir ki, bu xərclərin bir hissəsi Ukraynanın özü tərəfindən qarşılanır və yerdə qalan hissə Qərb ölkələri tərəfindən həyata keçirilir.

Oqtay Qasımov

Oqtay Qasımov bildirib ki, bu müharibənin uzun illər davam edəcəyi gözlənilmir, amma bu savaş gələn il də davam edəcək: “Bu, artıq aydın məsələdir. Avropa hazırkı şəraitdə özü də Rusiya təhdidlərinə məruz qaldığına görə, Ukraynanı Rusiya ilə Avropa arasında bir "bufer" kimi görür. Ukraynanı dəstəkləmək Avropanın özünün təhlükəsizliyinə ciddi bir töhfədir. Məhz, Rusiyanın aqressiyasının qarşısında bu gün Ukrayna dayanıb. Bu baxımdan da Qərb Ukraynanı dəstəkləməyə məcburdur. Ukrayna gələcək dövrlərdə Avropaya inteqrasiya olunmaqla, ölkələr orada öz bizneslərini qurub və müəyyən xərclərini də gələcəkdə qarşılamağa çalışacaq. Bu, anlaşılan bir məsələdir. Ukrayna bu savaşa davam gətirib, Rusiyanı dayandırmağı bacarsa və onun irəliləməsinə imkan verməsə, ilk növbədə bunların ən böyük qazancı olacaq”.

Oqtay Qasımov qeyd edib ki, savaş bitərsə və sülh əldə olunarsa, o zaman Ukraynadakı gələcək bərpa işlərində bir formada özlərinin maraqlarını təmin edə bilərlər.

“Avropada, ümumiyyətlə, maddi baxımdan çox böyük sıxıntılar yoxdur. Avropa ölkələri kifayət qədər varlıdırlar və bu maliyyə ehtiyatları var. Nəzərə alsaq ki, Avropa İttifaqı ilə yalnız Amerika Birləşmiş Ştatları ilə qarşıdakı beş ildə 750 milyard dollarlıq enerji müqaviləsi imzalayıb və Amerikadan bu həcmlərdə enerji resurslarının satın alınmasını həyata keçiriləcək. O zaman deyə bilərik ki, Avropanın vəsaiti var. Məsələn, Avropa İttifaqının hazırda müzakirəsində olan məsələlərdən biri Ukraynaya qarşıdakı iki ildə 140 milyon avronun təqdim olunmasıdır. Bu müzakirələr davam etməkdədir. Hesab edirəm ki, Tramp administrasiyası heç bir halda Amerikanın birbaşa yardımları ilə bağlı məsələdə addım atmayacaq. Bu ehtimal çox aşağı və çox düşündürücüdür. Yalnız o halda baş verər ki, Rusiya ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlər ciddi şəkildə korlana bilər və ABŞ prezidenti o zaman belə bir addımı atmaqla bağlı qərar verə bilər”-deyən politoloq bildirib ki, Trampın hakimiyyəti dövründə bu iş daha çox onun cızdığı planı üzrə həyata keçirəcək, yəni Amerika Birləşmiş Ştatları öz silah və hərbi vasitələrini Avropaya satacaq və bu vasitələr Avropa üzərindən Ukraynaya çatdırılacaq.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
60
bizimyol.info

1Sources