EN

Dəhşətli ittiham məhkəməyə çıxarıldı

Fransanın sement nəhəngi "Lafarge" Suriyada fəaliyyət göstərə bilmək üçün İŞİD və bənzər qruplara milyonlarla dollar “qoruma haqqı” ödədiyi iddiası ilə Parisdə məhkəmə qarşısına çıxarılıb.

"Cebheinfo.az" xəbər verir ki, şirkət 2013 və 2014-cü illərdə Suriyanın şimalındakı fabrikinin fəaliyyətini davam etdirmək üçün vasitəçilər üzərindən terror qruplarını maliyyələşdirdiyinə görə terrorizmi maliyyələşdirmək və beynəlxalq sanksiyaları pozmaqla ittiham olunur.

Məhkəmə işində sabiq baş direktor Bruno Lafont da daxil olmaqla yeddi rəhbər və iki suriyalı vasitəçi təqsirləndirilən şəxs kimi yer alır.

Fransız prokurorların iddiasına görə, "Lafarge" müharibə şəraitində xarici işçilərini təxliyə edib, suriyalı işçiləri fabrikdə saxlayıb və İŞİD-in nəzarətinə keçənə qədər istehsalı davam etdirib.

Şirkətin xammal təchizatı və logistika məsələlərində də İŞİD-lə əməkdaşlıq etdiyi iddia olunur.

"Lafarge", həmçinin insanlığa qarşı cinayətlərə şəriklik ittihamı ilə aparılan ayrı bir istintaqla da üz-üzədir.

ABŞ-də Nobel Sülh Mükafatı laureatı Nadia Murad və yezidi mənşəli 400-dən çox şəxs şirkətin İŞİD-in zülmünə dəstək verdiyi iddiası ilə təzminat tələbi ilə məhkəməyə müraciət edib.

Chosen
12
1
cebheinfo.az

2Sources