EN

"Köçürülməsi nəzərdə tutulan Neft Emalı Zavoduna vəsaiti ayırmağın nə mənası var?" - Millət vəkili

"Növbəti 5 il ərzində Neft Emalı Zavodunu Bakı şəhərindən kənara çıxarmaq barədə düşünürük. Əgər bu ediləcəksə, bu qədər vəsaiti ayırmağın nə adı var?"
 
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev bildirib.
 
Q.Həsənquliyev Gəmiqayırma Zavodunun vergi ödəməməsi ilə bağlı məsələyə də toxunub:
 
“Bu Xəzər hövzəsində ən böyük sənaye müəssisəsidir. Bu müəssisənin tikintisinə 100 milyonlarla vəsait arılıb. Bu zavod 2013-ci ildən-yaradılandan bu günə qədər 1 manat da olsun veegi ödəməyib və növbəti 6 il ərzində də biz onu yenə də vergidən azad etdik. Bəs vergiləri kim ödəməlidir?
 
Büdcədən özəlləşdirilmənin təşkili üçün və mülkiyyət hüquqlarının qorunması ilə bağlı 31,4 milyon manat vəsait ayrılır, lakin özəlləşdiriləcək müəssisələrin siyahısı bizə təqdim olunmayıb. Səhmlərində dövlətin payı olan müəssisələr cəmi 600 min manat vergi ödəyəcək. Bu, olduqca kiçik bir rəqəmdir".
 
Chosen
5
2
moderator.az

3Sources