EN

"Yeganə çıxış yolu Trampın vasitəçiliyi ilə əldə ediləcək sülhdür"

ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Ukraynada münaqişənin başa çatdırılmasının vacibliyini bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" əbər verir ki, o, bununla bağlı xarici "X" hesabında məlumat yayıb.

Bundan əvvəl Uitaker Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirib. 

“Mən bildirdim ki, bu mənasız müharibə dayandırılmalıdır,” – o, Zelenski ilə birgə çəkilmiş fotonun altında yazıb.

Uitaker həmçinin qeyd edib ki, yaranmış vəziyyətdən yeganə çıxış yolu ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə ediləcək sülhdür.

Chosen
57
1
operativmm.az

2Sources