EN

Saakaşvilinin partiyasının ləğv olunması üçün müraciət edildi

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Gürcüstanın hakim “Gürcü arzusu” partiyası sabiq Prezident Mixail Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” partiyasının ləğv olunması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, müraciət məhkəmənin saytında dərc olunub.

Bu, instansiyanın müraciəti qeydə aldığını təsdiqləyir.

İddia ərizəsini parlamentin 88 deputatı təqdim edib. Sənəddə Saakaşvilinin partiyası da daxil olmaqla üç müxalif siyasi qüvvənin qeyri-konstitusion hesab edilməsi və qadağan olunması tələbi yer alır.

Qeyd edək ki, sentyabrın 27-si Gürcüstan Baş naziri İrakli Kobaxidze oktyabr ayında Saakaşvilinin 2004-2013-cü illərdə rəhbərlik etdiyi “Vahid Milli Hərəkat” partiyasının ləğv olunması üçün Konstitusiya Məhkəməsinə müraciət ediləcəyini açıqlamışdı.

Onu da bildirək ki, 57 yaşlı Saakaşvili 2021-ci il oktyabrın 1-də gizli şəkildə getdiyi Tbilisidə saxlanılmışdı. Bu ilin əvvəlində isə eks-prezident 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
2
redaktor.az

3Sources