EN

8 Noyabr Zəfər Günü münasibətilə Maştağa Mədəniyyət Mərkəzində tədbir keçirilib

ain.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

YAP Sabunçu Rayon Təşkilatı və Maştağa qəsəbəsi, B.Bağırov küçəsi 9 (187 nömrəli tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər Günü münasibətilə Maştağa Mədəniyyət Mərkəzində tədbir keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov bildirib ki, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərərək düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamları qısa müddətdə darmadağın etdi. Müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu.

Çıxış edən 187 nömrəli tam orta məktəbin direktoru Gülnarə Məmmədova vurğulayıb ki, bu zəfər Azərbaycan xalqının tarixi nailiyyəti, əbədi fəxarətidir. Bu, böyük hərbi zəfərin və müdrik diplomatiyanın nəticəsidir.

Tədbir daha sonra bədii hissə ilə davam edib.

Sonda şəhid ailələrinə və qazilərə hədiyyələr təqdim olunub və xatirə şəkili çəkdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
50
1
yeniazerbaycan.com

2Sources