EN

Azərbaycanda qrip əleyhinə peyvəndləmə aprel ayınadək davam edəcək

Səhiyyə Nazirliyinin əmrinə əsasən, tibb idarə və müəssisələrinin rəhbərlərinə respublikanın şəhər və rayonlarında tibb işçiləri və digər risk qrupları arasında 2025-ci ilin oktyabrın 8-dən etibarən 6 ay müddətində qrip əleyhinə vaksinasiya tədbirləri həyata keçirilməsi tapşırılıb. TƏBİB-dən SİA-ya verilən məlumata görə, payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, habelə qripin yayılmasının qarşısının alınması məqsədilə ənənəvi profilaktik və əks-epidemik tədbirlər həyata keçirilir. Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, 2025-ci il oktyabrın 8-dən etibarən vaksinasiya kampaniyasına start verilib.

Oktyabrın 8-dən noyabrın 2-dək birliyin tabeliyində olan tibb müəssisələrində ümumilikdə 16 min 562 nəfər qrip əleyhinə peyvənd olunub. Onlardan 0-17 yaş aralığı 2 min 352, 18-59 yaş aralığı 11 min 364, 60 yaş və yuxarı isə 2 min 846 nəfərdir.

Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə rayon mərkəzi xəstəxanalarına, Bakı şəhəri üzrə isə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrinə müraciət edə bilərlər.

Peyvəndlənmə könüllülük prinsipi əsasında aparılır.

Chosen
9
6
sia.az

10Sources