ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda "Çelsi"ni qəbul edəcək. "Neftçi"nin və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Füzuli Məmmədovla əlaqə saxlayıb İngiltərə nəhəngi ilə görüşdən nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Qarabağ" nəinki Avropanın, dünyanın ən hazırlıqlı komandalarından birinə qarşı oynayacaq. Rəqib bütün komponentlərdə olduqca güclü kollektivdir. İngiltərə nəhəngi barədə danışırıqsa, zəif cəhətlərdən söz açmağa dəyməz. London klubunun 70-80-100 milyonluq futbolçuları var və hər biri ayrı-ayrılıqda olduqca yüksək səviyyəyə malikdir. Buna baxmayaraq, məncə, "Qarabağ"ın hücum xətti "Çelsi"yə əməlli-başlı problem yaradacaq. Zubir, Kadi, Nəriman Axundzadə, Leandro Andrade buna qadir futbolçulardır. "Çelsi"dən xal almaq ehtimalına gəlincə, şans həmişə var. Ən yaxşısına ümid edirəm".
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" matçı noyabrın 5-də keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanın start fiti 21:45-də səsləndiriləcək.
Nihat
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.