EN

Tramp administrasiyası bu qanun layihəsini BMT-yə təqdim etdi

ABŞ administrasiyası iki il müddətinə Qəzza zolağında beynəlxalq təhlükəsizlik qüvvələrinin yaradılmasını nəzərdə tutan qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Axios” nəşri yazır.

Nəşrin əldə etdiyi sənədə görə, beynəlxalq təhlükəsizlik qüvvələrinə 2027-ci ilin sonuna qədər bölgəni idarə etmək səlahiyyəti veriləcək.

Sənəddə qeyd edilib ki, beynəlxalq kontingent İsrail və Misirlə sərhəd təhlükəsizliyini təmin etmək, mülki əhalini və humanitar dəhlizləri qorumaq, zolağı demilitarizasiya etmək, o cümlədən Fələstinin HƏMAS hərəkatını tərksilah etmək, eləcə də Fələstin polis qüvvələrinə təlim keçmək mandatına malik olacaq.

Layihədə vurğulanır ki, bunlar “sülhməramlı deyil, məcburedici qüvvələr” olacaq. İlk bölmələrin yanvar ayına kimi yerləşdirilməsi planlaşdırılır və kontingentin tərkibi ilə bağlı artıq bir sıra ölkələrlə, o cümlədən İndoneziya və Misirlə danışıqlar aparılır.

“Axios” əlavə edib ki, qətnamə layihəsi yaxın həftələrdə səsvermə keçirmək məqsədilə BMT Təhlükəsizlik Şurasında danışıqlar üçün əsas olacaq.

Xatirə SADİQ

Chosen
7
nocomment.az

1Sources