EN

Noyer "Bavariya"dakı karyerasına aydınlıq gətirdi

BAKI, 4 noyabr. TELEQRAF

“Bavariya”nın qapıçısı Manuel Noyerin klubu ilə müqaviləsini uzatması sual altındadır.

Teleqraf xəbər verir ki, bu barədə 39 yaşlı qolkiper özü açıqlama verib.

2026-cı ilda başa çatacaq anlşmanı yeniləyib-yeniləməyəcəyi barədə qərar verilmədiyini bildirib: “Bu məsələ ilə bağlı tam sakitəm. Ən vacib olan komandamızla birlikdə gördüyümüz işlərdir. Mənim vəziyyətim də önəm daşıyacaq. Heç nəyə tələsmirəm və ən azı qışın sonuna qədər tam rahatam. Burada bir çox amillər rol oynayır: sağlamlıq, fiziki durum və motivasiya. Eləcə də klubun növbəti mövsümdə vəziyyəti. Bu suala hələ özüm də cavab verə bilmirəm, çünki hələ çox tezdir. Sonra, təbii ki, biz danışıqlar masasına otura bilərik. Hər şeyin öz vaxtı və mənası var”.

Qeyd edək ki, Noyer 2011-ci ildən “Bavariya”nın formasını geyinir. Cari mövsümdə o, bütün turnirlərdə keçirdiyi 17 oyunda 13 qol buraxıb və 7 matçda qapısını toxunulmaz saxlayıb.

Chosen
36
teleqraf.com

1Sources