"Neftçi" ardıcıl 16 oyundur "Qarabağ"ı məğlub edə bilmir.
Offsideplus.az xəbər verir ki, bu, Azərbaycan derbisində qələbəsiz ən uzun seriyadır.
Ağdam təmsilçisi son 9 oyunun hamısında qələbə qazanıb.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
"Qarabağ" eyni zamanda 16 oyundur rəqibinin qapısına yol tapmağı bacarır.
Qeyd edək ki, bu komandalar həftəsonu üz-üzə gələcəklər. "Qarabağ" - "Neftçi" matçı noyabrın 11-də "Azərsun Arena"da, saat 18:44-də start götürəcək.