EN

Sahil Babayev: "2026-cı il üçün vergi yükü ciddi şəkildə artırılmayıb"

"2026-cı il üçün vergi yükü ciddi şəkildə artırılmayıb".

 

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

 

Onun sözlərinə görə, növbəti ildən 2 500 manata qədər olan gəlirə cəmi 3% gəlir vergisi tətbiq olunacaq:

 

"Yəni, dünyada çox az ölkədə bu qədər aşağırəqəmli gəlir vergisi mövcuddur. Eyni zamanda, biz ümumi fiskal yükü tənzimlədik. Azərbaycanda əvvəllər ümumi fiskal yük 52-55%-ə qədər idi. Biz artıq Azərbaycanda ümumi fiskal yükü 37% ilə tənzimlədik. Bütün gəlir növlərində onu keçməmək şərti qoyduq. Paralel olaraq, biz hazırladığımız bu yeni layihə ilə ölkəmizdə güzəşt dövrü ilə bunu tətbiq etmirik, bunu daimi dərəcələr olaraq tətbiq edirik. Gəlir vergisi 2026-cı ildə 3%, 2027-ci ildə 5%, 2028-ci ildə isə 7% olacaq. Gəlir vergisi 7%-lik rəqəmlə fikslənəcək. Beləliklə, Azərbaycanda daimi gəlir vergisi 2 500 mata qədər 7%, 8 000 manata qədər 10%, 8 000 manatdan yuxarı isə 14% olaraq müəyyən olunacaq. Amma 2026-cı il üçün bu rəqəm 3%-dir".

 

"Bunun özü də çox böyük bir güzəştdir. Düşünürük ki, bu da özəl sektorun, xüsusilə kiçik-orta biznesin inkişafı, investisiyalar, infrastruktur yatırımları üçün kifayət qədər müsbət bir təməl və şərait yaradır", - deyə nazir əlavə edib.

 

Oxu.az

Tarix: 4 Noyabr 2025, 14:37   
Chosen
62
8
pravda.az

10Sources