EN

Pilotun huşunu itirməsi Rumıniya hava limanının fəaliyyətini iflic etdi

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Ryanair" aviaşirkətinə məxsus təyyarənin pilotunun huşunu itirməsi səbəbindən Rumıniyanın Kluj-Napoka şəhərinin hava limanında fəaliyyət müvəqqəti dayandırılıb.

Bizimyol.info xəbər verir ki, "Digi24" kanalının məlumatına görə, Berqamo şəhərindən gələn təyyarə eniş etdikdən sonra uçuş-enmə zolağında qalıb və bu səbəbdən digər reyslər Sibiu şəhərinə yönləndirilib.

Pilot bortda fövqəladə tibbi vəziyyət barədə məlumat verib və həmkarının vəzifələrini yerinə yetirə bilmədiyini bildirib.

Huşsuz vəziyyətdə olan pilot təxliyə edildikdən sonra uçuş-enmə zolağı yenidən istifadəyə açılıb. Sibiuda yanacaq dolduran təyyarələr daha sonra əvvəlki təyinat məntəqələrinə qayıdıblar.

Hadisəyə görə, Berqamoya qayıdan reys üç saatdan çox gecikmə ilə yola düşüb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
59
bizimyol.info

1Sources