EN

Sədr: “2022-2026-cı illər sosial-iqtisadi inkişaf Strategiyası”nın makroiqtisadi hədəfləri makrofiskal göstəricilərlə uyğunlaşdırılmalıdır  

“Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin maliyyə təminatı üçün 623,2 milyon manat ayrılması göstərilir. Digər tərəfdən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası ilə bağlı dövlət proqramında 3,5 milyard manatın proqnozlaşdırıldığı qeyd olunub. Başqa sözlə desək, dövlət proqramı və strategiyada ümumilikdə 4,1 milyard manat vəsait ayrılması nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı söyləyib.

“İlk növbədə, strategiyanın makroiqtisadi hədəfləri makrofiskal göstəricilərlə tam və ya qismən uyğunlaşdırılmalıdır. Dövlət xərcləri ilə bağlı əlavə məlumatlara əsasən, strategiya çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası üçün vəsaitlər əsas icraçı qurumlar üzrə planlaşdırılıb”, - deyə Hesablama Palatasının sədri qeyd edib.

Chosen
15
2
azerbaijan-news.az

3Sources