EN

Bundesliqa hakimi futbolda radikal dəyişikliklər təklif etdi

BAKI, 4 noyabr. TELEQRAF

2016-cı ildən bəri Almaniya Bundesliqasının hakimi olan 46 yaşlı Patrik İttrix futbol qaydalarını dəyişdirmək üçün bir sıra radikal təkliflər irəli sürüb.

Teleqraf xəbər verir ki, bu barədə "Dailysports" məlumat yayıb.

O, şəxsi "arzu siyahısında" oyunu taktiki və emosional qayda pozuntularından, eləcə də simulyasiyalardan xilas edəcək təkliflər sadalayıb. İttrix hesab edir ki, futbolun təcili olaraq "cərrahi" düzəlişə ehtiyacı var.

Onun təklif etdiyi əsas dəyişikləri belədir - meydanın mərkəzində taktiki qayda pozuntusuna görə qapıdan 17 metr məsafədə cərimə zərbəsi vurulur; üç dəfə yıxıldıqda və tibbi yardım tələb edildikdə ehtiyat oyunçular skamyasında üç dəqiqəlik cəza; hakimi təhqir etdikdə isə 10 dəqiqəlik diskvalifikasiya və məcburi isinmə hərəkətləri tətbiq olunur. Mübahisəli qərardan sonra oyunçular hakimi əhatəyə alsa, bütün izdiham iştirakçıları dərhal qırmızı vərəqə alır.

Chosen
48
teleqraf.com

1Sources