EN

Xəzər sahilində 100-dən çox ölü suiti tapılıb

Ajans.az xəbər verir ki,bu barədə məlumat departament tərəfindən verilib. Tüpqarağan rayonunun Asan kəndindən Bautino burnuna qədər olan sahil xəttində aparılan monitorinq zamanı 112 suiti cəsədi tapılıb. Hadisənin səbəblərini müəyyən etmək üçün mütəxəssislər dəniz suyundan nümunələr götürüblər və laborator tədqiqatlar aparılır. Qeyd edək ki, Xəzər suitisi Qırmızı kitaba daxil edilib və Xəzər dənizində yaşayan yeganə məməlidir.

 

Chosen
49
Ajans.az

1Sources