“Fiorentina” baş məşqçisi Stefano Piolini istefaya göndərib.
QOL.az xəbər verir ki, bu barədə iklubun rəsmi saytı məlumat yayıb. Uğursuz nəticələrə görə italiyalı mütəxəssislə bağlı bu qərar verilib.
Florensiya təmsilçisi A Seriyasında 10 matçda qələbə qazana bilməyib və hazırda turnir cədvəlində 4 xalla 20-ci pillədə qərarlaşıb. 60 yaşlı mütəxəssisi bu vəzifədə Paolo Vanoli əvəzləyə bilər.
Qeyd edək ki, 2017-ci ildən 2019-cu ilədək “Fiorentina”nın baş məşqçisi olan Pioli yayda komandaya qayıtmışdı.