2-ci liqada "Ayın qolu" layihəsi çərçivəsində "Şəmkir"in üzvü Tural Məmmədzadə mükafatlandırılıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb.
Sentyabr ayının ən yaxşı qolunun müəllifinə mükafat 7-ci turun "Xankəndi" - "Şəmkir" qarşılaşmasından əvvəl verilib. Mükafatı Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.