EN

Apteklərdə dərman tapılmır? RƏSMİ

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bəzi bölgələrdə yaşayan vətəndaşlar son aylarda bir sıra əsas dərmanları tapmaqda ciddi çətinliklərlə üzləşdiklərini bildirirlər. 

Apteklərdə müəyyən preparatların olmaması xəstələrin müalicə prosesini ləngidir, bəzən isə həyati vacib dərmanların çatışmazlığı onların səhhətində ağırlaşmalara səbəb olur. Bu vəziyyət bölgələrdə dərman təminatı məsələsini gündəmə gətirir. 

Bu çatışmazlığın səbəbləri nədir? Problemin həlli istiqamətində hansı addımlar atılır? 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, dərman çatışmazlığı ilə bağlı vətəndaşlardan rəsmi qaydada hər hansı müraciət və ya şikayət daxil olmayıb: 

““Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkəyə dərman idxalı ilə özəl idxalçı şirkətlər məşğul olur. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə yalnız rəsmi şəkildə idxal edilən dərman vasitələrinin sənədlərinin uyğunluğunun yoxlanılması, laborator analizinin aparılması və idxalına icazə verilməsi daxildir. 

Hazırda Mərkəzə dərman çatışmazlığı ilə bağlı vətəndaşlardan rəsmi qaydada hər hansı müraciət və ya şikayət daxil olmayıb. Bununla yanaşı, hər hansı konkret dərmanın ölkəyə gətirilməsi və ya satışda mövcudluğu ilə bağlı daha ətraflı məlumatı həmin dərmanı idxal edən şirkətlərdən almaq mümkündür”. 

Analitik Ekspertiza Mərkəzi vətəndaşlara tövsiyə edib: “Vətəndaşlar aptek təşkilatlarında qanunsuz fəaliyyətlə və ya şübhəli hallarla rastlaşdıqda AEM-ə aşağıdakı vasitələrlə məlumat verə bilərlər: 

“Bir pəncərə” sektoru * Qaynar xətt: (012) 596 07 12 * Elektron poçt: [email protected] * Veb-sayt: www.pharma.az (“Müraciət” bölməsi) Daxil olan bütün müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılır, zərurət olduqda həmin müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir”. 

Gülər 

“Cebheinfo.az”

 

Açar sözlər:

Aptek dərman Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
66
1
cebheinfo.az

2Sources