EN

Xəzər suitilərinin KÜTLƏVİ ÖLÜMÜ: Səbəblər AÇIQLANDI

Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinə bağlı Balıqçılıq Komitəsi Xəzər dənizində sahildə tapılan 100-dən çox suitinin ölüm səbəbini açıqlayıb.

Musavat.com xəbər verir ki, komitənin TASS-a verdiyi məlumata görə, suitilərin ölümünə zəifləmiş immunitet sistemi və bunun nəticəsində yaranan infeksiyalar səbəb olub.

Hidrobiologiya və Ekologiya İnstitutunun tədqiqatçıları bildirirlər ki, suitilər bir ay əvvəl ölüb, lakin Manqistau vilayətinin Tupkaraqan rayonunda baş verən qərb fırtınası onları sahilə çıxarıb. Alimlərin fikrincə, heyvanların immunitetinin zəifləməsi onların yoluxucu xəstəliklərə qarşı həssas olmasına gətirib çıxarıb.

Komitə sahili müşahidə etməyə davam edir, heyvanların qalıqlarından nümunələr toplayır və cəsədlərin utilizasiyası üzərində işləyir.

Musavat.com

Chosen
68
1
musavat.com

2Sources