EN

FIFA prezidenti qadın azarkeşlərə görə İranı tərifləyib

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Ötən gün İran çempionatında keçirilən "Nassaji Mazandaran" və "Şahid Qandi Yəzd" klubları arasında oyunda qadın azarkeşlərin də iştirak etməsi FIFA prezidenti Canni İnfantinonun diqqətini cəlb edib.

Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, C.İnfantino sözügedən oyunda tribunada qadınların da iştirakına icazə verilməsindən məmnun olduğunu qeyd edib.

O bildirib ki, bu inkişafın müsbət yöndə davam etməsinə ümidvardır:

"FIFA-nın əsas məqsədi futbolu dünyanın hər yerində hər kəs üçün əlçatan etməkdir. Çünki oyunumuz onu oynamaq istəyən hər kəsə məxsusdur. Futbolu daha qlobal etmək üçün hakimiyyət orqanları ilə dialoqumuzu və əlaqələrimizi davam etdirəcəyik".

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
1
cebheinfo.az

2Sources