EN

Statistika Komitəsi doğru məlumat yaymır? Azərbaycanda “Aİ 95” müəmması

ain.az, Yeniavaz portalına istinadən məlumat verir.

Son günlər ölkə mətbuatında və sosial şəbəkələrdə gələn il ölkədə “Aİ-95” markalı avtomobil benzininin istehsal olunmayacağı barədə məlumat yayılır.

Yeniavaz.com xəbər verir ki, bu məlumatın mənbəyi kimi “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Qanunun layihəsi göstərilir.

Qanun layihəsində qeyd olunur ki, neft-qaz sektoru üzrə aksiz vergisi cari ilin proqnozu ilə müqayisədə gələn il 196,7 milyon manat və ya 20,2% az olacaq. Buna səbəb kimi də Azərbaycanda istehsal olunan və daxili istehlaka yönəldilən “Aİ-95” markalı avtomobil benzininin istehsalının nəzərdə tutulmaması göstərilib.

Məlumat üçün bildirək ki, Dövlət Statistika Komitəsi bu ilin ilk 9 ayı ərzində Azərbaycanda 13,8 min ton “Aİ-95” markalı avtomobil benzininin istehsal olunduğunu açıqlayıb. Bildirilib ki, istehsal olunan “Aİ-95” markalı benzinin 8,6 min tonu istifadəyə göndərilib. Dövlət Gömrük Komitəsi isə bu ilin ilk 8 ayında Gürcüstana 4,2 min ton “Aİ-95” markalı benzin ixrac olunduğunu açıqlayıb.

Onu da qeyd edək ki, Dövlət Statistika Komitəsinin bu ilin ilk 9 ayı üçün açıqladığı rəsmi statistikada qeyd olunub ki, ötən ilin ilk 9 ayında ölkədə 25,1 min ton “Aİ-95” markalı benzin istehsal edilib.

Lakin qeyd edək ki, Komitənin əvvəlki hesabatlarında bu barədə məlumat açıqlanmayıb. Ötən ilin ilk 9 ayında yayımlanan hesabatda “Aİ-95” markalı benzinin istehsalı ilə bağlı heç bir məlumat olmayıb. Eyni zamanda, ötən ilin yekunları və bu ilin ilk rübü ilə bağlı hesabatlarda da Komitə “Aİ-95” markalı benzinin istehsalı barədə məlumat verməyib.Elnur Əli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
2
yeniavaz.com

3Sources