Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.
Paralel.az xəbər verir ki , bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zərərçəkmiş iki nəfər polisə müraciət edərək ümumilikdə 10 000 manat dəyərində məişət əşyalarının talanmasını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə V.Məmmədov və əvvəllər məhkum olunmuş R.Əliyev şübhəli şəxs qismində saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.