EN

İcra başçılarına daha bir ZƏRBƏ, Mehdiyevin oğlundan SON XƏBƏR - CANLI

Cari illə müqayisədə 2026-cı ilin dövlət büdcəsi layihəsində şəhər və rayonların gəlirlərindən mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsində artım, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait üzrə isə azalma proqnozlaşdırılıb. Bu, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyində öz əksini tapıb.


2026-cı ilin dövlət büdcəsi layihəsində yerli gəlirlər 758,3 mln. manat, yerli xərclər isə 759,1 mln. manat məbləğində proqnozlaşdırılıb ki, bu da 2025-ci ilin göstəricilərindən, müvafiq olaraq, 36,7 mln. manat (4,6%) və 41,2 mln. manat (5,1%) azdır.

Təqdim olunan məlumatların təhlili 2026-cı ilin dövlət büdcəsi layihəsində yerli gəlirlərin əksər şəhər və rayonlar üzrə azalma ilə proqnozlaşdırıldığını göstərib.
Qanun layihəsinə əsasən, 2026-cı ildə şəhər və rayonlardan 66-sı (Cəbrayıl, Xocalı, Kəlbəcər və Yardımlı rayonları əlavə olunmaqla) xərclərini dövlət büdcəsindən maliyyə yardımı (dotasiya) almadan öz gəlirləri hesabına təmin edəcəklər. Yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyə yardımının (dotasiyanın) ayrılması məqsədilə 1 rayon (Xocavənd) üzrə 0,8 mln. manat vəsait proqnozlaşdırılıb.

Son illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyə yardımının (dotasiyanın) ayrılması nəzərdə tutulan rayonların sayında və vəsaitin məbləğində azalma tendensiyası müşahidə olunub.

Prezident Adminsitrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsindən sonra ardıcıl olaraq onun həyat yoldaşı, qızı və gəlini tutduqları vəzifələrdən azad olundular. Akademikin fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışan oğlu Teymur Mehdiyevin də karyerası ilə vidalaşacağına dair yayılan xəbərlər isə öz təsdiqini tapmır.
Məlumata görə, atasının həbs edilməsinə, ailə üzvlərinin vəzifədən çıxarılmasına baxmayaraq, oğul Mediyevin iş qrafikində heç bir dəyişiklik baş verməyib. O, hər gün səhər 9-da işdə olur, bəzən axşam 20:00, hətta 21:00-a kimi vəzifəsinin icrasını davam etdirir: “Digər müavinlər kimi Teymur Mehdiyev də nazir evə getməyənədək iş yerini tərk etmir”.

Məlumatlı şəxs oğul Mehdiyevin işdən-çıxarılıb-çıxarılmayacağına dair nazirlikdə hər hansı müzakirə aparılmadığını bildirib: “Hər kəs bilir ki, bu məsələ birbaşa dövlət başçısının səlahiyyətinə daxildir”.

Qeyd edək ki, general-mayor Teymur Mehdiyev 25 iyun 1975-ci ildə Gürcüstan Respublikasının Suxumi şəhərində anadan olub. O, Bakı Dövlət Universitetini bitirib, hüquq elmləri namizədidir.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi deputat Elşad Musayevlə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

 

Chosen
44
musavat.com

1Sources