EN

Bölgənin gələcəyi artıq Bakının planları ilə ölçülür Politoloq

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

“Azərbaycan ərazisi üzərindən Ermənistana tranzit razılığı, regionda yaranan yeni siyasi reallığın bariz göstəricisidir”.Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.O əlavə edib ki, bu qərar Azərbaycanın gücünün, siyasi uzaqgörənliyinin və regional proseslərə yön verən lider mövqeyinin növbəti sübutudur:“Bakı bir daha nümayiş etdirdi ki, Cənubi Qafqazda sülh və sabitliyin istiqamətini müəyyən edən tərəf məhz Azərbaycandır. Ermənistanın bu razılığı müsbət qarşılaması, faktiki olaraq, Azərbaycanın diktə etdiyi reallığı qəbul etmək anlamına gəlir. Tranzit mexanizmi təkcə kommunikasiya məsələsi deyil, həm də sülh gündəliyinin praktik mərhələsidir. Azərbaycan bu addımla göstərir ki, sülh prosesi onun təşəbbüsü və nəzarəti altında formalaşır. Bakı üçün bu qərar sadəcə iqtisadi fayda deyil, həm də strateji təsir imkanlarının güclənməsidir. Azərbaycan artıq regionda həm siyasi, həm diplomatik, həm də nəqliyyat baxımından mərkəzi rol oynayır. Bu reallıq, dövlətimizin öz milli maraqlarını qorumaqla yanaşı, regionun gələcəyini formalaşdırmaq gücünə sahib olduğunu sübut edir. Qısası, bu tranzit razılığı Azərbaycan diplomatiyasının uğurlu və inamlı addımıdır.  Bölgənin gələcəyi artıq Bakının planları ilə ölçülür, Bakının tempinə uyğun irəliləyir”.Leyla Turan 

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
56
demokrat.az

1Sources