EN

Biz Suriyanın sabitliyinə töhfə vermək istəyirik - Merts

Almaniya kansleri Fridrix Merts Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl-Şaaranı cinayəti olan Suriya vətəndaşlarının deportasiyasını müzakirə etmək üçün Almaniyaya dəvət edib.Missiya.Az "Haberler"ə istinadən xəbər verir ki, o Suriyada vətəndaş müharibəsinin bitdiyini vurğulayaraq ölkənin yenidən qurulması üçün bütün resurslara ehtiyac olduğunu deyib."Biz Suriyanın sabitliyinə töhfə vermək istəyirik. Bu məsələdə Əhməd əl-Şaraaya kömək ola bilərik və bunun üçün onu şəxsən ölkəyə dəvət edirəm. Mən inanıram ki, hazırda Almaniyada olan suriyalı qaçqınların böyük bir hissəsi könüllü olaraq qayıdacaq və yenidənqurma işlərində iştirak edəcək. Bu insanlarsız yenidənqurma mümkün deyil. Almaniyada geri qayıtmaqdan imtina edənlər, təbii ki, yaxın gələcəkdə deportasiya oluna bilərlər",-Merts qeyd edib.

İlahə QənbərliMissiya.Az

Chosen
60
1
missiya.az

2Sources