ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyni 84 yaşında vəfat edib.
AzPost bildirir ki, bu barədə CNN xəbər yayıb.
Çeyni 2001-ci ildən 2009-cu ilə qədər Corc Buşun dövründə vitse-prezident, 1989-cu ildən 1993-cü ilə qədər Corc Buşun (Ata) dövründə isə Müdafiə naziri vəzifəsində çalışıb.
Dik Çeyni müasir dövrün ən nüfuzlu vitse-prezidenti adlandırılıb. O, respublikaçı olsa da son illərdə Donald Trampı sərt tənqid etdiyi üçün partiya daxilində populyarlıq qazanmayıb. Son prezident seçkilərində Çeyni Demokratların namizədi Kamala Harrisi dəstəkləyib.