EN

Sabahın havası: Bakıda və rayonlarda leysan olacaq

Sabahın havası: Bakıda və rayonlarda leysan olacaq

Noyabrın 5-də Bakıda və rayonlarda yağış yağacaq

AFN.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağacağı, noyabrın 4-dən 5-nə keçən gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Gündüz saatlarında yağıntının tədricən kəsiləcəyi bildirilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 15-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək — 769 mm civə sütunu, nisbi rütubət isə 80-90 % təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli yağış və duman ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 16-21, dağlıq ərazilərdə isə gecə 0-5, gündüz 5-9 dərəcə isti olacaq.

Chosen
15
49
afn.az

10Sources